/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Klassik oyunun yeni forması

Şriftin ölçüsü:  11px13px15px17px

«Yarat» müasir incəsənət mərkəzinin video salonunda gənc rəssam Nəzrin Məmmədovanın “Ouroborum” layihəsinin təqdimatı olub. Layihə Bakıda keçirilən 3-cü Pablik Art festivalı çərçivəsində reallaşdırırlıb. Bildirildi ki. “Ouroborum” lahiyəsi həm onlayn video oyunu - İos əməliyyat sistemi üçün hazırlanmış proqram, həm kinetik enerjiyə malik “Heykəl”, həm də klassik “İlan” oyununun yeni formada təzahürüdür. Oyun özlüyündə ardıcıl və bir-birinə paralel dünyaları birləşdirir. Adı isə qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan və ya əjdaha oroborosa işarə vurur. Nəzrin Məmmədova bildirdi ki, oyunçu ilanı istədiyi kimi idarə edə bilər. Bunun üçün o, ilanın hərəkətini nəzarət altında saxlamalı və həndəsi fiqurlar toplayaraq yeni obyektlər quraşdırmalıdır. İdarəetmə aləti vasitəsilə isə oyunçu hədəfə aldığı fiqura görə həm ilanın sürətini, həm də boyunu dəyişə bilər. Proqramı “App store” serverindən istənilən ios platformalı cihaza pulsuz yükləmək olar. Tədbirdə gənc rəssam Fərhad Fərzəliyev də iştirak etdi. O, özünün “Göydə göy - göyərti” instalyasiya layihəsi haqqında danışdı. Bildirdi ki, bu lahiyə ilə o, tamaşaçıları həm məntiq, həm də dilçilik baxımından dolaşdırmaq, hər gün görüdüyümüz reklam yazılarına yumororstik şərhlə yanaşmaq istəyib.

13:00 / 23.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14821
Bu ay: 58844
Ümumi: 17279297
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın