/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Beynəlxalq şirniyyat günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

İyulun 20-si Beynəlxalq şirniyyat günüdür. Bu gün ənənəyə uyğun olaraq, dünyanın hər yerində müxtəlif çeşidli şirniyyatlar bişirilir. Dünyada bu gün münasibətilə bişirilən şirniyyatlar təbiəti, bəşəriyyəti və həyatı simvolizə edir. İlk dəfə Amerika Birləşmiş Ştatları Milli Aerokosmik Agentliyi tərəfindən qeyd edilən bu günün məqsədi insanlar və xalqlar arasında mehribanlığı təbliğ etməkdir. Tortun ilk reseptini dəbə gətirən ölkə Fransa hesab edilir. Məhz fransız kulinarları əsrlər boyunca bu möhtəşəmliyi yaratmaq üçün cürbəcür bəzək formaları düzəldıblər. Bu gün isə bütün dünyada hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Ölkəmizdə də özündə bir çox məna daşıyan şəkərbura, paxlava, kətə və bu kimi onlarla şirniyyat süfrələrimizin bəzəyidir. Baxmayaraq ki, şirniyyatı ən çox uşaqlar sevir. Amma böyüklər arasında da kifayət qədər şirniyyat həvəskarları var. Onu da deyək ki, əvvəllər tortların görkəmi bir o qədər əhəmiyyət kəsb etmirdi. Amma günümüzdə xüsusi qaydada hazırlanan bol meyvə və kremlə bəzədilən şirniyyatlara daha çox üstünlük verilir. Qeyd edək ki, dünyada ən böyük tort Amerikanın Miçiqan ştatında hazırlanıb və Ginnesin rekordlar kitabına düşüb. 100 pilləli bu tort stoldan 13 metr hündür olub. Dünyanın ən ağır tortu da ABŞ-da hazırlanıb və çəkisi 50 tona yaxın olub. Azərbaycanda isə ən böyük tort prezident İlham Əliyevin şərəfinə Gəncədə hazırlanıb. Uzunluğu 49 metr, çəkisi 12 ton olan bu tort Qafqazın ən böyük tortu hesab edilir.

13:00 / 20.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 14490
Bu ay: 58513
Ümumi: 17278966
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın