/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Kann Kino Festivalı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Kann Kino Festivalı çərçivəsində «Kazinonun qarəti» filmi nümayiş etdirilib. Filmdə məşhur Hollivud ulduzu - Bred Pitt qatil rolunu ifa edib. Aktyor həm də filmin prodüseridir. Süjetə görə, Pitin ifa etdiyi muzdlu qatil - Ceki Koqan, gizli oyun evinin qarətində təqsirli olanları cəzalandırmalıdır. Filmin rejissoru avstraliyalı Endryu Dominikdir. Filmin ssenarisi Corc Hiqqinsin 1974-cü ildə qələmə aldığı kriminal roman əsasında yazılıb. Filmdə hadisələr 2012-ci ildə, ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası dövründə baş verir. Endryu Dominik öz yeni işini müasir amerikalılar haqqında hekayə adlandırıb. Öz növbəsində Bred Pit, müasir insanın iç dünyasını açan filmləri dəstəklədiyini bildirib. Məşhur britaniyalı rejissor Ken Louçun son filmi olan «Mələklərin payı» da kann festivalında «Qızıl palma budağı» mükafatına iddialı 22 film sırasındadır. 6 il əvvəl Louçun filmi festivalın əsas mükafatına layiq görülüb. Mütəxəssislərin fikrincə, «Mələklərin payı» rejissora yenidən mükafatı gətirəcək. Tragikomik filmdə yumoristik kriminal süjetlərin əks olunması dinamik, maraqlı və məzəli kinonun yaranmasına gətiribğ çıxarıb. Filminr adı olan «Mələklərin payı», əslində viski istehsalında istifadə olunan spirtdir.

13:00 / 23.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 13184
Bu ay: 504104
Ümumi: 16297346
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın