/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Salyanın 5 kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Salyanın 5 kəndinin içməli su təchizatı yaxşılaşdırılıb. Rayonun Seyidsadıxlı, Quyçu, Alçalı, Qırxçıraq və Qızılağac kəndlərinə ilk dəfə olaraq ekoloji cəhətdən təmiz içməli su verilib. Bu münasibətlə Alçalı kəndində keçirilən tədbirdə bildirilib ki, sözügedən kəndlərdə yaşayan 5 min 400 sakin indiyə qədər texniki sulardan istifadə etməklə içməli suya olan təlabatlarını ödəyiblər. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə “Azərsu” bu yaşayış məntəqələrində yeni su təsərrüfatı qurub. Kəndlərə 11 kilometr uzunluğunda müxtəlif diametrli boru xətləri çəkilib, 37 ədəd bulaq quraşdırılıb. Bu bulaqlara su Şirvan-Muğan qrup su kəmərlərindən çəkilib. Tədbirdə o da bildirilib ki, dövlət başçısının tapşırığına əsasən 28 rayonun 171 kəndində içməli su təchizatı yaxşılaşdırılacaq.

21:00 / 22.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 5750
Bu ay: 236041
Ümumi: 7380591
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın