/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Qışa hazırlıq görülür

Şriftin ölçüsü:  11px13px15px17px

Şəkiyə yay aylarında gələn turistlər qədim şəhərin mərkəzi küçələrinə kölgə salan yüzlərlə yaşlı xan çınara valeh olurlar. Payız-qış aylarında isə bu ağacların tökülən yarpaqları əsl təhlükə mənbəyinə çevrilir. Arxlara dolan yarpaq və zibil kütləsi sel daşqınlarına səbəb olur. Bunun qarşısını almaq məqsədilə noyabr-dekabr ayları Şəkidə təmizlık işləri geniş miqyas alır. Qışa hazırlıq təmizlik işləri ilə bitmir. Mövsümdə qar-buz örtüyünün təmizlənməsində istifadə ediləcək material-texniki təchizatı artıq yaradılıb. bundan sonra daha 50 ton duz, 50 kubmetr kəpək və 80 kubmetr qum alınması nəzərdə tutulub. Mövsüm ərzində, xidməti texnika və canlı qüvvə növbəlilik qaydasında fövqəladə rejimdə işləyəcək. Şəki 15 saylı yol istismar idarəsi də qış hazırlıqlarını yekunlaşdırır. 150 kubmetr qum yolların yüksəkliklərinə paylanılıb. Qaraməryəm-İsmayıllı-Şəki yolunun 129-135-ci, Şəkiyə giriş yolu, Yevlax-Balakən yolunun 14-17, 35-40, 45 və 46-cı kilometrliyi daha təhlükəli olduğundan qum ehtiyatı bu ərazilərə yığılıb. Şaxtalar düşənə kimi isə Oğuz-Şəki-Qax dövlət əhəmiyyətli yolun təhlükəli ərazilərində ,körpülərdə və çeçidlərdə hər 5 metirdən qum və çınqıl nöqtələri yaradılır.
Əli Səmədov

13:00 / 06.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 14483
Bu ay: 265679
Ümumi: 13755295
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın