/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

18 yaşlı gənc traktor düzəldib

Şriftin ölçüsü:  11px13px15px17px

Kənd təsərüfatı işlərinin görülməsində texnikaların, xüsüsilə traktorların rolu əvəzsizdir. Bu səbəbdən fermerlər, bağbanlar çalışırlar ki, bu texnikaya yiyələnsinlər. Traktor almaq isə 10 minlərlə manatdan keçmək deməkdir. Lakin başqa cür də mümkündür. Xaçmazın nərəcan kəndində yaşayan xəlilovlar ailəsi cüsi xərc çəkməklə traktora sahib olub. Xaçmazın Nərəcan kənd sakini, 18 yaşlı Həmdulla Xəlilov bir ay ərzində traktor düzəldib. Həmdullanı texnikalar, əsasən də traktorlar lap kiçik yaşlarından özünə cəlb edib. Dediyinə görə, 14 yaşında traktor sürməyi öyrənib. Sonra həmin texnikanın necə yığıldığını mənimsəməyə başlayıb. Və bu maraq sonda gənc oğlanın mini traktor düzəltməsi ilə nəticələnib. Traktorun sürət qutusu və təkərləri «Vaz» avtomobilinin, motoru isə su nasosunundur. Bundan əlavə müxtəlif metal tullantılarından və məişət əşyalarından da istifadə olunub. Traktorun üzərindəki hissələrdən yalnız biri traktora,daha doğrusu kombayına aiddir. O da intiqal qayışını hərəkətə gətirən bu çarxdır. Həmdullanın düzəltdiyi traktor saatda 50 km sürətlə hərəkət edə bilir. Yanacaq sərfiyyatına gəldikdə, 10 km-ə bir litr benzin işlədir. Nərəcanlılar əsasən şaftalı, gilas və xurma yetişdirirlər. Həmdullanın mini traktor hazırlaması ailəsinin işinə çox yarayıb. İndi onun vasitəsilə meyvə və ot daşıyırlar. Atası deyir ki, oğlunun traktor duzəltmək istəyinə əvvəlcə tərəddüdlə yanaşıb, amma sonra ona maddi cəhətdən lazımi köməkliyi göstərib. Traktorun tam hazır vəziyyətə gətirilməsinə min manat vəsait xərclənib. Sözügedən texnikanı artıq almaq istəyənlər də var. Hazırda yalnız yük üçün istifadə olunan traktoru Həmdulla bir az da təkmilləşdirmək fikrindədir. Bundan əlavə, gənc usta yaxın vaxtlarda helikopter düzəltməyi planlaşdırır. Yusif Mahmudov

11:00 / 27.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 12873
Bu ay: 264069
Ümumi: 13753685
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın