/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Qədim Yengicə hamamı bərpa edilir

Şriftin ölçüsü:  11px13px15px17px

Şərur rayonunun məşhur Yengicə hamamı bərpa olunur. Qədim memarlıq nümunəsi öz orijinal quruluşu və funksiyası ilə həmin dövrlərdə inşa edilən hamamlardan seçilib. Tikilidə yuyunma hissəsi ilə bərabər, insanların çay içməsi, istirahət etməsi, qəlyan çəkməsi, hətta namaz qılması üçün otaqlar olub. Şərurun Yengicə kəndindəki iki günbəzli hamam 18-ci əsrdə inşa olunub. Onu Şahtaxtı kəndindən olan Tovuz xanım adlı imkanlı qadın öz vəsaiti ilə tikdirib. Hamamın ümumi sahəsi 650 kvadratmetrdir. İçərisi isə 545 kvadratmetrə bərabərdir. Şərq memarlıq üslubunda inşa edilən hamam, orijinallğı saxlanılmaqla yenidən bərpa edilir. Bina 18-ci əsrdə Naxçıvanda istehsal edilən böyük kvadrat formalı kərpiclərdən tikilib. Bərpasında da yerli materiallardan istifadə edilir. Divarların qalınlığı bəzi yerlərdə bir metrdən artıqdır. Bundan başqa hamamın qışda isti olması üçün ətrafına torpaq örtüyü tökülüb. Amma bərpa zamanı bu torpaq qatı təmizlənib. Ona görə də hamam nisbətən çökəkdədir. Zallarda iki hovuz olub. Qədim türk hamamları kimi fəaliyyət göstərən Yengicə hamamına gələnlər masajdan sonra sağlamlıq üçün faydalı olduğundan bu hovuzlardakı isti və soyuq suya girirdilər. Qazanxana da içəridə, cənub tərəfdə yerləşib. İsti su buradan xüsusi borularla hovuza daxil olub. Soyunma zalı isə səkkizguşəlidir. O, yerin altı ilə gedən buxar borularının köməyi ilə isidilib. Soyuq havada içərinin qızdırılması üçün isə buxarı sobası tikilib. Yengicədə olan hamamdan qonşu kəndlərin sakinləri də istifadə edib. 18-ci əsrdə Yengicə hamamından başqa Şərur rayonu ərazisində xeyriyyəçi Tovuz xanım tərəfindən daha iki hamam tikdirilib. Amma onlardan bu günə yadigar qalanı yalnız bu hamamdır. Yengicə hamamı tam bərpa ediləndən sonra tarixi abidə kimi qorunacaq. Səməd Canbaxşıyev,

11:00 / 24.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 23586
Bu ay: 433002
Ümumi: 13922618
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın