/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Cəlilabad-Yardımlı yolunun üçüncü mərhələsi inşa olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Cəlilabad-Yardımlı avtomobil yolunun növbəti, üçüncü mərhələsinin inşasına başlanılıb. İki rayonu birləşdirən yolda tikinti işlərinin davamı, ölkə rəhbərinin sərəncamı ilə prezidentin ehtiyyat fondundan ayrılan vəsait hesabına “Azəravtoyol” tərəfindən həyata keçirilir. İlk iki mərhələdə yolun 37 kilomerti əsaslı təmir olunub. İndi isə qalan 14 kilometr yenilənir. Və bununla da Cəlilabad-Yardımlı yolunun Cəlilabad hissəsində işlər tam yekunlaşmış olacaq. Ümumiyyətlə, sözügedən avtomobil yolu 72 kilometr təşkil edir ki, bunun da 51 kilometri Cəlilabad ərazisinə düşür.
Üçüncü mərhələnin tikinti işlərinə ölkə rəhbərinin bu ilin avqustunda rayona gəlişi zamanı, “Azəravtoyol” rəhbərliyinə verdiyi tapşırıqdan sonra başlanılıb. Qısa müddətdə yolun yatağı tam hazırlanıb. Artıq yenilənən yolun 4 kilometrə yaxınına, rayonun Buravar və Şatırlı kənd ərazisindən keçən hissəsinə asfalt döşənib.
Yeni salınan yola birincisi 10 sm, digəri isə 5 sm olmaqla iki qat asfalt vurulacaq. Bu da tikilinin üzün müddət istismarı ilə yanaşı, yolda avtomobillərin rahat hərəkətini təmin edəcək. Yeni yol əvvəlkindən təhlükəsiz olması ilə də fərqlənəcək. Belə ki, mövcud yolun yatağı 3 metrdən 8 metrə qədər genişləndirilib. Bu yolda işlər ilin sonuna kimi sona çatdırılacaq. Bununla da Cəlilabadın dağlıq ərazidə yerləşən 70 kəndinə gediş-gəliş asanlaşacaq. Həmçinin Cəlilabaddan keçməklə, Yardımlıya getmək istəyənlərin yolu 30 km qısalacaq.
Sakinlər üzun illərdir yol sarıdan yaşadıqları çətinliklərin arxada qalmasına çox sevinirlər. Bu hisslərini isə yol işçilərinə qayğı göstərməklə nümayış etdirirlər. Onları hər gün samovar çayı və yeməyə qonaq edirlər.
Yolun Yardımlı rayon ərazisindən keçən hissəsinin inşasına isə növbəti ilin birinci rübündə başlanılacaq. Burada 21 km yolun əsaslı təmir edilməsi ilə 15 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi yaxşılaşacaq. Həmin yaşayış məntəqələrinə qış aylarında bəzən yalnız traktorla getmək mümkün olur.

Elman Əliyev

11:00 / 27.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 149
Bu ay: 361880
Ümumi: 13186178
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın