/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Gəncədə çay evində silahlı insident baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Gəncə şəhərindəki çay evlərinin birində silahlı insident baş verib. Ötən gün saat 22 radələrində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuş Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman Edqar Nəsirov tapançadan Qurban Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, Namiq Kərimov isə tüfəngdən bir dəfə atəş açıb. Sonra Namiq Kərimov yaralı Edqar Nəsirovu xəstəxanaya aparmaq üçün çay evindən çıxaraq oradan keçən Kəpəz rayon polis şöbəsinin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “Vaz” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı xəsarət alanı xəstəxanaya, onu isə polis idarəsinə aparacağını bildirib. Bu zaman Namiq Kərimov tüfənglə onu hədələyib və nəqliyyat vasitəsindən düşərək qaçıb. Xəstəxanaya yerləşdirilən Edqar Nəsirovun vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Qurban Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

21:00 / 26.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 22434
Bu ay: 127706
Ümumi: 14262067
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın