/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Park ərazisində kurqan aşkarlandı

Şriftin ölçüsü:  11px13px15px17px

Gəncədə əvvəllər «Quru Qobu» adlanan, indiki Heydər Əliyevi Parkı yerləşən ərazidə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası 10 gündür ki, kurqanlarda tədqiqatlar həyata keçirir. 2015-ci ildə Gəncə ərazisində qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Şəhərin şərq hissəsində, Heydər Əliyev Parkında aparılan qazıntı işləri zamanı kurqanlardan birinin dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərinə isə çay daşları düzüldüyü üzə çıxıb. Kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfərin dəfn edildiyi məlum olub. Kurqan kameralarından müxtəlif təyinatlı və formalı saxsı qablar, tuncdan asma bəzək əşyaları, müxtəlif ölçülü düymələr, muncuqlar, həmçinin ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb. Bunlar analoji oxşarları ilə müqayisə əsasında son tunc, ilk dəmir dövrünə aid edilir. Qəbir abidələrindən götürülən kömür qalıqları, insan və heyvan sümüklərinin təyinatını və tarxini dəqiqləşdirmək üçün onlar müvafiq laboratoriyalara təqdim edilib.

Nəzakət Ağayeva

21:00 / 25.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9170
Bu ay: 260633
Ümumi: 14394994
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın