/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Bu il heyva boldur

Şriftin ölçüsü:  11px13px15px17px

Heyvası ilə məşhur olan Ağdaş rayonunda bu meyvənin bağları ilbəil artır. Bu sahədən gələn yüksək gəlir ağdaşlı fermerləri təsərrüfatlarını genişləndirməyə sövq edir. Onlar bu mövsüm də heyvadan yaxşı qazanc gözləyirlər. Çünki bağlarda bol məhsul var.
Hazırda Ağdaşda təxminən 130 hektar heyva bağları var ki, onun 100 hektarındakı ağaclar bar verəndir. Bu bağlarda heyvanın 10-a yaxın növü becərilir. Bağlara düzgün aqrotexniki qulluq və ağacların ziyanvericilərə qarşı il ərzində mərhələli şəkildə dərmanlanması görkəmcə gözəl, iri və sağlam məhsulun əldə olunmasının təminatıdır. Bu il həm məhsul bolluğu, həm də tədarük olunan meyvənin ölkə xaricinə ixracı təsərrüfat sahiblərinə yüksək gəlir vəd edir.
Bu il havanın quraq keçməsi bağlara zərər vura bilməyib. Çünki fermerlər buna da çarə tapıblar.
Uzun illərdir bağçılıqla məşğul olan Baqi Şıxməmmədov deyir ki, məhsulun bu il bol olması qiymətləri aşağı salıb. Ötən il heyvanın bir kiloqramı yerli bazarda keyfiyyətinə görə, 1 - 3 manat arasında idisə, bu mövsüm 60 qəpik - 2 manat civarındadır. Bol və keyfiyyətli məhsul əldə edən sahibkarlar artıq satışa da başlayıblar.
Qeyd edək ki, heyva yığımı və məhsulu satışa tam hazır vəziyyətə gətirmək elə də asan deyil. Bu işin də incəlikləri var.
Məlumat üçün bildirək ki bu il Ağdaş ərazisindən təqribən 700 ton heyva tədarükü proqnozlaşdırılır. Bu məhsulun 50 tondan artığının ixrac olunması nəzərdə tutulub.
Elnur Tofiq

13:00 / 20.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1284
Bu ay: 307962
Ümumi: 13797578
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın