/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Naxçıvanda hərbi parad keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıvanda 18 oktyabr dövlət müstəqilliyimiz günü münasibətilə hərbi parad keçirilib. Bu parad həm də 1992-ci ilin sentyabrında Naxçıvanda Azərbaycan ordusunun ilk hərbi birləşmələrinin təşkilinin 25 illiyinə həsr edilib. Paradda Muxtar Respublikada hərbi tapşırıqları yerinə yetirən əlahiddə ümumqoşun ordunun şəxsi heyəti və döyüş texnikası nümayiş olunub. Paradddan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvandakı ordu birləşmələrinin döyüş yolundan və onun müasir şəraitindən danışdı. Əlhiddə ümumqoşun ordunun komandanı general-leytenant Kərəm Mustafayev və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov isə Naxçıvanda yerləşən ordunun istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu vurğuladılar. Sonra şəxsi heyətin yürüşü və döyüş texnikasının paradı başladı. Əvvəlcə əsgər və zabitlər sıra hazırlıqlarını nümayiş etdirdilər. Döyüş texnikalarının, ən müasir silahların nümayişi daha yaddaqalan idi. Piyadalırın döyüş maşını, toplar, tanklar, raket və havadan müdafiə sistemləri naxçıvnadakı ordu birləşmələrinin gücünü göstərir. Döyüş helikopterləri və «Su-25» qırıcıları parada xüsusi rəng qatdı. Şahinlərimiz öz ustalıqlarını nümayiş etdirdilər. Təntənəli mərasim çərsivəsində yeni yaradılan Təlim-Tədris Mərkəzinin açılışı da oldu. Həmçinin hərbi xidmətdə fərqlənin əsgər və zabitlərə naxçıvan muxtar respublikasında təsis edilən medallar, qiymətli hədiyyələr təqdim edildi. Müdafiə nazirinin əmri ilə bir neçə zabitin hərbi rütbəsi artırıldı.

Səməd Canbaxşiyev

21:00 / 18.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9438
Bu ay: 260901
Ümumi: 14395262
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın