/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Cocuq Mərcanlıda «Çərpələng bayramı « keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçirilib. Aksiya Türkiyə və Azərbaycan iş adamları və sənayeçilər ictimai birliyinin dəstəyi ilə təşkil edilib. Cəbhə xəttində yerləşən yeni qəsəbəyə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və türk iş adamları ailələri ilə birlikdə gediblər. Qonaqlar əvvəlcə aprel hadisələrində şəhid olmuş vətən oğullarının xatirəsinə Horadiz şəhərində ucaldılan abidə kompleksini ziyarət etdiər. Nümayəndə heyəti daha sonra Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüşdü. Cocuq Mərcanlı orta məktəbilə tanışlıq zamanı təhsil ocağının kitabxanasına min ədəd kitab hədiyyə edildi. Cocuq Mərcanlı məscidində də olan qonaqlar burada namaz qıldılar. Nəhayət, uşaqlar üçün sevincli an gəlib çatdı. «Çərpələng bayramı»na start verildi. Uşaqların sevincini ən yüksək həddə çatdırmaq üçün daha maraqlı oyunlar təşkil olundu. Bundan başqa yerli sakinlər üçün pulsuz tibbi aksiya təşkil edildi. Aksiyada göz müayinəsi və digər müayinələr həyata keçirildi. Bayram şənliyinə toplaşanlar birlikdə türk dönəri və türk kababı ilə nahar etdilər. Qəsəbədə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni layihələrin icrası istiqamətində müzakirlər də aparıldı. Türk iş adamları «Made in Cocuq Marcanli» brendini yaradaraq dünyaya tanıtmağı düşünürlər. Türkiyəli iş adamları, eyni zamanda Cocuq Mərcanlıda uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və heyvandarlığın inkişafına dəstək vermək niyyətindədirlər.

Habil Aslanoğlu

13:00 / 09.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 1059
Bu ay: 307737
Ümumi: 13797353
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın