/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Torpaq sürüşmələri və çökmələr qeydə alınıb

Şriftin ölçüsü:  11px13px15px17px

Son günlər yağan intensiv yağıntılar Ağsunun bir sıra dağlıq ərazidə yerləşən kəndlərində də sürüşmə nöqtələrini aktivləşdirib, evlərdə çatlar, həyətyanı sahələrdə torpaq sürüşmələri və çökmələr qeydə alınıb. Sürüşmə rayonun Dilman, Hacman, Xatman, Kalva kəndlərinin sakinlərini çətin vəziyyətə salıb, sakinlər üçün həmin evlərdə yaşamaq təhlükəli vəziyyət alıb. Belə ki, yağıntılardan sonra aktivləşən sürüşmə həmin kəndlərdə qəzalı vəziyyətdə olan köhnə evlərin, tikililərin divarlarında, irili xıdalı çatlar əmələ gətirib, bəzi hissələr qoparaq düşüb. Sürüşmə sahəsində mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Sakinlər evlərin tamamilə uçmaması üçün sürüşən istiqamətdən divarları ağac dirəklərlə müdafiə etsə də muvəqqəti olaraq qarşısını alıb. Qeyd edək ki, rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə həmin kəndlərdə 4 il bundan öncə baş verən sürüşmə nəticəsində ümumi 120 ev tamamilə qəzalı vəziyyətdə olduğu üçün FHN tərəfindən qeydiyyata alınıb. Həmin evlər indiyə qədər tikilmədiyindən yerli sakinlər hər yağıntıdan sonra eyni təhlükli aqibəti yaşamaq məcburiyyətində qalır. Sakinlər isə aidiyyəti qurumlardan kömək istəyirlər.

09:00 / 06.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 408
Bu ay: 362139
Ümumi: 13186437
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın