/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Güclü leysan və külək fəsadlar törədib

Şriftin ölçüsü:  11px13px15px17px

Güclü leysan və külək Göyçayda fəsadlar törədib. Rayonun yollarına və elektrik təsərrüfatına ziyan dəyib. İki gündür davam edən yağış ötən gün axşam daha da şiddətlənib. Leysanın əmələ gətirdiyi sel suları rayonun dağətəyi ərazidə yerləşən kəndlərində həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb. Ən çox zərəri Qarabaqqal kəndi görüb. Sel burada su ötürücüsünə, avtomobil yollarına ziyan vurub, güclü külək elektrik dirəklərini və ağacları aşırıb. Diametri 1 metr 20 sm, yaşı isə bir əsrə bərabər olan qovaq ağacı kəndin əsas yolunun üzərinə aşıb. Nəticədə kəndi rayon mərkəzi ilə birləşdirən yolda nəqliyyatın hərəkəti dayanıb. Ərazidən keçən yüksək gərginlikli elektrik xətti də sıradan çıxıb. Bu səbəbdən Göyçayın bəzi yaşayış məntəqələrinə enerji verilişində fasilə yaranıb. Yaşlı ağac yaxınlıqdakı iki evin həyətyanı sahələrinin hasarlarını da uçurub. Həmçinin həmin evlərin elektrik və qaz sayğacları sıradan çıxıb.
Gecədən başlayaraq aşmış ağacın yoldan təmizlənməsinə başlanılıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, hələ də 10 kənddə elektrik enerjisi yoxdur.

13:00 / 03.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 990
Bu ay: 362721
Ümumi: 13187019
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın