/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Şorkənd-Beştalı-Bankə-Şirvanlı yolu əsaslı təmir edilir

Şriftin ölçüsü:  11px13px15px17px

Neftçalada 1 qəsəbə, 19 kəndi birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı yolu əsaslı təmir edilir. Bu ilin martından tikintisinə başlanılan yolun bir hissəsi artıq hazırdır.
Ümumi uzunluğu 55 km, çiyinlərlə birlikdə eni 12 metr olan, Şorkənd-Beştalı-Bankə-Şirvanlı kənd yolunun 28 km-ə yaxın hissəsində tikinti işləri yekunlaşıb. Yola iki qat olmaqla asvalt örtük döşənib. Qeyd edək ki, müasir tələblərə uyğun tikilən yol, indiyə qədər bir dəfə də olsun əsalı təmir edilmədiyindən sakinlər üçün daim narahatlıq mənbəyi olub.
Yolun 28-ci km-dən sonrakı, qalan hissəsində də nəzərdə tutulan işlərin çoxu görülüb. Torpaq yatağı tam hazırlanıb, hazırda əraziyə qum-çınqıl döşənir. Ümumiyyətlə, yolda tikinti işlərini sürətləndirmək məqsədilə prezident İlham Əliyev sentyabrın 24-də Neftçalaya səfərindən sonra əlavə 21.5 milyon manat vəsait ayırıb.
Ələt-Astara magistral yolu ilə Neftçala rayon mərkəzini birləşdirən yeni yol ilin sonunadək tam hazır olacaq. Bununla da 20 yaşayış məntəqəsi ilə yanaşı, respublikanın müxtəlif bölgələrinə, həmçinin əks istiqamətdə gediş-gəliş rahatlaşacaq. Xüsusilə, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması asanlaşacaq.
Uzun müddət istismarını təmin etmək üçün yol sel, yağış və qrunt sularından qorunacaq. Kənarlarda toplanan suların maneəsiz bir yerdən başqa yerə ötrülməsini təmin etmək üçün yol boyu zəruru yerlərdə müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb.
Elman Əliyev

11:00 / 03.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 14920
Bu ay: 352430
Ümumi: 13176728
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın