/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Turistlər Qaxdan məmnundur

Şriftin ölçüsü:  11px13px15px17px

Əsrarəngiz təbiəti ilə fərqlənən Qax bu mövsüm ölkə turistlərinin ən çox üz tutduqları məkanlardandır. Bura gələn qonaqlar həm turizm obyektlərində, həm də fərdi evlərdə istirahət etmək imkanına malikdirlər. İlisu kəndi bu baxımdan daha çox diqqət cəlb edir. Qaxın tarixi abidələri, buz bulaqlar, şəlalələr yerli turistlərlə yanaşı, əcnəbiləri də bura cəlb edir. Turizm mərkəzlərində kulinariya və təklif olunan itirahət, əyləncə növləri müxtəlifliyi ilə diqqət çəkir. Qaxda kənd turizmi də inkişaf edir. Təkcə bu il 3 min nəfər bu imkandan yararlanıb. Turistlər əsasən ilisu kəndinə üz tuturlar. İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Buranın saf təbiəti, təmiz havası turistlərin lap ürəyincə olur. Burada istirahət mərkəzləri ilə yanaşı şəxsi evlər də turistlərin ixtiyarına verilir. Əslində qiymət elə də aşağı olmasa da, əksəriyyət belə evlərin sərfəli olduğunu deyir. Məlumata görə, bu il Qax rayonu 19 min yerli turist qəbul edib. 420 nəfər isə xarici qonaq qaxda dincəlməklə yanaşı, buranın tarixi ilə tanış olub. Pərviz İmranoğlu

13:00 / 14.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 7841
Bu ay: 68985
Ümumi: 17289438
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın