
Xaçmazda dayı bacıoğlunun evindən qızıl-zinyət əşyaları oğrulayıb. Rayon polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Vasif Sultanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, bacısı oğlu Sərxan Sultanovun evinə pəncərədən daxil olaraq ümumi dəyəri 5 min 700 manat olan müxtəlif qızıl-zinyət əşyaları götürüb. Vasif Sultanov oğurladığı qızılların bir hissəsini 2 min manata satıb. Dayının digər zinyət əşyalarını satmaq arzusunu isə polis əməkdaşları «ürəyində qoyub». Vasif Sultanov barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırma davam etdirilir.
09:00 / 24.01.2013