/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Gənclər təmizlik aksiyası keçirib

Şriftin ölçüsü:  11px13px15px17px

Ətraf mühitin mühafizəsi günü Naxçıvanda əməli işlə qeyd edilib. Muxtar Respublika Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə bir qrup gənc Batabat yaylağında təmizlik aksiyası keçirib. «Təbiətin çirkləndirilməsinə yox deyirik» adlı aksiyanın iştirakçıları Batabat yaylağındakı məşhur «Zor bulağ»-ın ətrafında toplaşdılar. Aksiyaçılar Muxtar Respublikanın altı ali və orta ixtisas məktəbini təmsil edirdi. Burada beynəlxalq ətraf mühitin mühafizəsi günü ilə bağlı gənclərə məlumat verildi. Sonra naxçıvanlıların və Muxtar Respublikaya gələn hər bir qonağın məmnuniyyətlə istirahət etidyi «Zor bulağ»-ın ətrafında təmizlik işlərinə start verildi. 40-dan artıq gənc oğlan və qızın Batabatda təmizlik aparması bura istirahətə gələnləri də razı saldı. Aksiyadan sonra gənclər Batabat ərazisindəki rəsədxana ilə də yaxından tanış oldular. Şamaxı Astrofizika Rəsədxanasından sonra ölçüsünə görə ölkədə ikinci olan Batabat Rəsədxanası ən müasir avadanlıqlarla təmin edilib. Sonda isə Batabat qoruğunda yaradılan muzeyə baxış oldu. Burada qoruq ərazisndə yayılan vəhşi heyvan növləri və ətraf mühit haqda gənclərə məlumat verildi.

13:00 / 05.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 23985
Bu ay: 433401
Ümumi: 13923017
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın