/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Azərbaycanın incisi Ordubad…

Şriftin ölçüsü:  11px13px15px17px

Milli lider Heydər Əliyevin çox sevdiyi və «Azərbaycanın incisi» adlandırdığı Ordubad bu gün nə qədər inkişaf edirsə, qədim adət-ənənələrini də bir o qədər qoruyub saxlayır. Bazar iqtisadiyyatı, müasir həyat hər bir sahəyə yeni texnologiyalar gətirdiyi vaxtda Ordubadda qədim dəmirçilik sənəti yaşamaqdadır. Orta əsrlərə məxsus bu səs Ordubad şəhərində yerləşən qədim buzxanadan gəlir. 16-cı əsrin yadigarı olan qədim buzxana abidə kimi dövlət tərəfindən qorunur. Binanın zirzəmisində keçmişdə buz saxlanıb. Sovet dönəmində baxımsız qaldığı üçün yararsız hala düşən zirzəmidə gələcəkdə təmir işləri planlaşıdırılır. Lakin bir otağı uzun illərdir ki, mahmudovlar ailəsinin dəmirçixanası kimi fəaliyyət göstərir. 48 yaşlı Rafiq Mahmudov 14 yaşından bu sənətlə məşğul olur. Dəmirçi Rafiq deyir ki, indi əsas sifariş kənd təsərrüfatı alətlərinədir. Yəni kətmən, qazma, dəhrəyə. Ustanın əl işi və qiymətlər də pis deyil. Ona görə müştərisi az olmur. Müasir dövrdə zavod və fabrik istehsalları istənilən qədər olsa da, camaat yerli dəmirçinin düzəltdiyi bəsit alətlərə üstünlük verir. Çünki onların ömrü daha uzundur. Mahmudovların hazırladığı materialların üzərində onlara məxsus fərqlənmə möhürü də var. Yüz ildir ki, bu möhür hər bir sifariş bitəndən sonra onun üzərinə basılır. Dəmirçi əl işlərinə Ordubadın qədim məhəllərindəki qapılarda da rast gəlinir. 100 il əvvəl düzəldilən cəftələr indi də ən etibarlı qıfıl kimi həyətləri qoruyur. Ümumiyyətlə, Ordubad qapılarını dəmirlə süsləmək və bəzək əşyaları yerləşdirmək əskidən adət olub. Ordubaddakı qapılarda taqqılbab və zəncirbab adlanan bu cür qurğular indi də qalmaqdadır. Taqqılbabı döyəndə kişilər çıxırdı, qadınları isə zəncirbabı döyməklə çağırırdılar. Qədim və müasir Ordubadın şəhərsalma mədəniyyəti Azərbaycan memarlığının orijinal nümunələrindəndir. Sərşəhər, yuxarı ambras, üçdürləngə, mingis məhəllələri indi də öz adlarını və memarlıq üslubunu yaşatmaqdadır. Ordubad hazırda qoruq şəhərdir. Onun məhəllələrində dünənlə bu gün bir- irinə qarışıb. Buranın adət- ənənələri, şəhərsalma mədəniyyəti, meydanları, məscidləri araşdırmaya daim ehtiyacı olan tükənməz bir xəzinədir. Bir sözlə «Azərbaycanın incisi» ifadəsi Ordubada həmişə yaraşır.

13:00 / 23.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 9199
Bu ay: 315877
Ümumi: 13805493
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın