/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Növbəti zəlzələnin gücü 6 bal olub

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən gün Şəki şəhərinin ardınca saat 19:46 radələrində Zaqatala rayonunda daha güclü yeraltı təkanlar baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, episentri rayon mərkəzindən 15 kilometr aralıda olan zəlzələnin gücü Rixter cədvəli ilə 6 bal olub. Dağıntılar və yaralananlar var. Zəlzələ baş verən zaman əksər sakinlər mənzillərdən və iş yerlərindən kənarda olub. Yaşayış evləri və sosial obyektlərdə ciddi fəsadlar qeydə alınıb. Zaqatala mərkəzi rayon xəstəxanasının divarları dağılıb. Əvvəlki zəlzələdən zərər görən tikililərin əksəriyyəti uçub, köhnə evlərdə çatlar və dağıntılar var. Yeraltı təkanlar zamanı ən çox ziyan bu dəfə də Zaqatalanın Mamrux, Gözbarax, Muxax, Qax rayonunun isə Güllük kəndinə dəyib. Zaqatala rayonunun Muxax kəndi ərazisində ölümlə nəticələnən yol qəzasını da zəlzələ ilə bağlayırlar. Şahidlərin bildirdiyinə görə, Fərid Hacıömərovun yüksək sürətlə idarə etdiyi "Volsvaqen passat" markalı avtomobil yeraltı təkanlar zamanı yoldan çıxaraq qoz ağacına çırpılıb. Ehtimala görə zəlzələ dalğası və həyəcanının səbəb olduğu qəza nəticəsində sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Fövqəladə Hallar Nazirliyi zəlzələ zamanı, kəndlərdə hamının çadır şəhərciklərində olduğunu və yalnız bir nəfərin yüngül xəsarət aldığını təsdiqləyib. Zaqatala mərkəzi rayon xəstəxanasından verilən məlumatda isə təcili yardıma güclü stress keçirənlərin müraciət etdiyi bildirilir. Hazırda rayon fövqəladə hallar komissiyaları fəsadların araşdırılması və aradan qaldırılması istiqamətində iş aparır. Bu arada Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, bu gün səhər saat 07:01 və 08:18-də Zaqatala rayon mərkəzindən 14 km cənubda 3,5-3,1 gücündə yeni təkanlar qeydə alınıb. İnsan tələfatı yoxdur.

13:00 / 19.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 14906
Bu ay: 266102
Ümumi: 13755718
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın