/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Kürmük oba bayramı keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Hər il olduğu kimi, bu ildə Qax rayonundakı «Kürmük» məbədinin qapıları mayın birinci bazar günü bütün zəvvarların üzünə açılıb. Yerli sakinlər, qonaqlar Kürmük oba bayramında məbədə gələrək niyyət edib, qurbanlar kəsiblər. Ziyarətçilərin sayı minlərlə ölçüldüyündən bayram günü Qax rayonunda xüsusi təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, Kürmük oba bayramı ildə iki dəfə – noyabr və may aylarında xüsusi təmtəraqla keçirilir. Yerli sakinlər, ölkənin müxtəlif rayonlarından və qonşu Gürcüstandan gələn qonaqlar məbədi ziyarət edib, qurbanlar kəsirlər. Bayram günü Qax rayonunda əsl tolerantlıq nümayiş olunur. Xristianlar, müsəlmanlar və başqa dini inaclardan olanlar bura gələrək ibadət edirlər. Kümrük oba bayramında iştirak edən əcnəbilər yaşanan dostluğu yüksək qiymətləndirirlər. Bayramda Kürmük məbədinin qarşısında qədim dövrlərdəki kimi bu gün də el şənlikləri təşkil olunur. Güləşdə qalib gələn pəhləvan qoç udur. Xatırladaq ki, Kürmük məbədi Azərbaycan dövləti tərəfindən tarixi abidə kimi bərpa edilib və qorunduğu üçün burada yalnız ildə iki dəfə dini mərasimlər keçirməyə icazə verilib.

13:00 / 07.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 23780
Bu ay: 433196
Ümumi: 13922812
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın