/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Taxtakörpü su anbarının inşası bu ilin sonunda yekunlaşacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Taxtakörpü su anbarının inşası bu ilin sonlarınadək yekunlaşacaq. Şabranda yaradılan bu dəryaçadan Ceyranbatan su anbarına suyun verilməsnə isə 2013-cü ilin martından başlanılacaq. Hazırda su anbarında bəndin tikintisi aparılır.135,5 metr hündürlükdə olacaq torpaq-çınqıl bəndin artıq 102 metri hazırdır. Bundan sonra Ceyranbatan su anbarında suyun miqdarı artacaq ki, bu da Bakı və Sumqayıt şəhərlərinin su ilə təchizatını xeyli yaxşılaşdıracaq. Su anbarının ümümi tutumu 268 milyon kub metr təşkil edəcək. Su buradan ilkin olaraq 557 metr uzunluğunda tunel vasitəsi ilə su elektrik stansiyasına ötürüləcək. Həmin su elektrik stansiyasının inşasına isə növbəti ayda başlanılması nəzərdə tutulub. Hazırda bəndin tikintisi ilə paralel iki kanalın da inşası aparılır. 35 km uzunluğunda olan həmin kanallardan biri Samur-Abşeron kanalından Taxtakörpünü su ilə təchiz edəcək, digər 111 kilometrlik kanal vasitəsi ilə isə su buradan Ceyranbatan su anbarına ötürüləcək. Layihədə nəzərdə tutulan bütün işlərin növbəti ilin mart ayınadək tam başa çatdırılması nəzərdə tutulub.

13:00 / 04.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 23954
Bu ay: 433370
Ümumi: 13922986
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın