/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Naxçıvanda yetərincə suvarma suyu ehtiyatı toplanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Naxçıvanda suvarma suyu sarıdan problem yoxdur. Havaların bu il yağmurlu keçməsi melioratorları sevindirir. Çünki əsasən qar suları və yağışdan qidalanan 30-a qədər sututarda yetərincə ehtiyat yaranıb. Naxçıvanda havaların isti keçməsinə baxamayraq dağlarda hələ də qar var. 30 illik mühəndislik təcrübəsi olan Səttar Nəsirov demək olar ki, hər gün Muxtar Respublikanın ən hündür zirvələrində yerləşən sututarlarında monitoriq aparır. Məqsəd gündəlik su ehtiyatını dəqiq hesablamaqdır. Monitorinqlərdə məqsəd həm də sututarların təlükəsizliyini yoxlamaq, baş verə biləcək fəsadların qarşısını almaqdır. Çünki yüksək dağlıq zonalardakı sututarlara həddindən artıq su yığılması aşınmalara səbəb ola bilər. Mütəxəssis deyir ki, bu sarıdan da təhlükə müşahidə olunmur. Ümumiyyətlə, Muxtar Respublikanın ən böyuk suturları Araz, Arpaçay və Heydər Əliyev adına su anbarlarıdır. Sonuncu inşa olunan, Şahbuz rayonu ərazisindəki Heydər Əliyev adına su anbarı yalnız başlanğıcını Muxtar Respublikadan götürən dağ çayları və qar suları hesabına qidalanır. 100 milyon kub tutuma malik dəryaçanın suyundan 17 min hektar ərazinin suvarılması üçün istifadə edilir. Yaz aylarında Heydər Əliyev su anbarı həm də Naxçıvanın gözəl məkanlarından birinə çevrilir. İnsan əli ilə yaradılan süni gölün mənzərəsi diqqət çəkəndir. Dağlar qoynunda bir incini xatırladan su anbarı əsasən həvəskar balıqçılar üçün istirahət zonasıdır.

13:00 / 01.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 17625
Bu ay: 307610
Ümumi: 14441971
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın