
Zaqatalada çay yataqlarının təmizlənməsi və rayonun sel sularından mühafizəsi üçün sahilbərkitmə işlərinin aparılması davam etdirilir. Katex və Tala çaylarından sonra hazırda rayon ərazisindən keçən Qaraçayın sol sahili boyunca dəmir beton bəndlərin tikintisində tamamlama işləri aparılır. İndiyədək 600 metr məsafədə bənd salınıb. Bu il Qaraçayın sağ sahili boyunca da 600 metr bənd tikintisi həyata keçiriləcək. Ümumilikdə qurulacaq 1200 metr bənd yarana biləcək sel təhlükəsini tamamilə aradan qaldıracaq.
13:00 / 19.04.2012