/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Ən böyük qırğınlar Quba qəzasında törədilib

Şriftin ölçüsü:  11px13px15px17px

1918-ci ildə erməni soyqırımına məruz qalan ərazilərdən biri də Quba qəzası olub. Bu bölgədə ermənilər günahsız dinc sakinləri qətlə yetirməklə yanaşı, yüzdən artıq kəndi, eləcə də buradakı mədəni-tarixi abidələri dağıdaraq məhv edib. Qubadakı kütləvi məzarlıq və digər faktlar isə erməni vəhşiliyinin bu günə qədər qalan sübutlarıdır. 1918-ci il aprelin sonlarında Şaumyan və hərbi komissar Korqanovun xüsusi tapşırığı ilə ermənilərdən təşkil edilmiş 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilir. «Cəza dəstəsi» adlandırılan hərbi bölməyə isə erməni general Hamazaps rəhbərlik edir. Erməni daşnaklarının məqsədi Sovet rejimi yaratmaq adı altında bölgənin müsəlman əhalisini məhv etmək idi. Quba şəhərində qırğınlar törətən ermənilərin növbəti hədəfi kəndlər olur. Digah və Alpan kəndlərinə daxil olan ermənilər burda olmazın vəhşiliklər törədir. Həmin hadisələrin canlı şahidlərindən biri - 112 yaşlı Saat nənə baş verənləri xatirəsindən çıxartmayıb. Ermənilərin Digahda qırğınlar törətdiyini eşidən qonşu Alpan kəndinin sakinlərinin bir qismi qaçaraq dağlarda, meşələrdə gizlənir. Günahsız insanları vəhşicəsinə öldürməklə ürəkləri soyumayan ermənilər tarixi abidələri dağıdır, qəbirstanlıqları gülllə-baran edir. Üzərində güllə izləri olan qəbirlər ermənilərin 1918-ci ildə bu ərazidə törətdiyi vəhşiliklərin nişanəsidir. Bir az aralıda 16-cı əsirə aid «Su baba» turbəsi var ki, həmin dövrdə Alpan kəndinə hucum edən ermənilər bu möhtəşəm abidəni dağıdaraq tanılmaz bir hala salıb. Aprel-may ayları ərzində ermənilər tərəfindən Quba qəzasında 20-dən çox tarixi abidə, 122 kənd tamamilə dağıdılaraq məhv edilir. 36 mindən çox dinc sakin isə qətlə yetirilir. 380 ailə gecə yatdığı yerdə evlərinə od vurularaq yandırılır. Daşnaklar qubada kompakt halda yaşayan ləzgilər, tatlar, yəhudilər və digər etnik qrupların nümayəndələrinə qarşı da amansız olurlar. Quba qırğınlarından sonra şimala, Qusar istiqamətinə doğru irəliləmək istəyən erməni-daşnak hərbi birləşmələri nahayət dayandırılır. Quba-Qusar yolu yaxınlığında ərazidə yerli öznümüdafiə dəstələri tərəfindən ermənilər mühasirəyə alınır. Ağır və qanlı döyüşlərdən sonra ermənilər məqlubiyyətə uğrayır. Məhz həmin dövürdən bu ərazi əhalinin yaddaşında «Qanlı dərə» kimi həkk olunur. Erməni vandalizimini sübut edən faktlar bu gün arxiv materiallarında da öz əksini tapıb. Bunları 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra, ermənilərin Azərbaycanda törətdiyi soyqırımların araşdırılması üçün yaradılan komissiya toplayır. Çox təəssüf ki, həmin dövrdə müəyyən səbəblər üzündən başlanmış cinayət işinə isə xitam verildi. Günahkarlar layiqli cəsasını almadı. Sovet hakimiyyəti illərində isə bu barədə danışmaq belə yasaq edildi. Arxeoloji qazıntılar zamanı məzarlıqda əksəriyyəti uşaq və qadınlar olan 600-dən artıq insanın sümükləri aşkar edilib. O da müəyyən olunub ki, burada basdırılan insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Soyqırım məzarlığında kütləvi şəkildə basdırılan insanlar 1918-ci ildə ermənilərin Qubada qətlə yetirdikləri dinc və günahsız sakinlərin bir qismidir. Bundan başqa qırğınlar digər bölgələrdə də eyni senari üzrə davam etdirilib.

13:00 / 31.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 3124
Bu ay: 66944
Ümumi: 16380967
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın