/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Lənkəran qəzası da soyqırım hadisələrinin ünvanı olub

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda, Qubada, Şamaxıda törədilən soyqrım ölkənin cənub rayonlarında da amansızlıqla həyata keçirilib. Daşnak-bolşevik birləşmələri Lənkəran qəzasında da qanun-qaydanın bərpası adı ilə kəndlərə basqınlar edir, günahsız insanlar öldürürdülər. Dənizdən yaşayış yerləri top atəşinə tutulurdu. O illərdə Lənkəran qəzasının 40 kəndi və yüzlərlə sakini vəhşiliklərin qurbanına çevrilib. Təkcə Lənkəranda Mamusta, Kərgəlan, Gərmətük, Sütəmurdov, Girdəni, Veravul və digər bir neçə kənddə soyqırımın acı xatirələri anılır. Sütəmurdov kənd qəbiristanlığında erməni vəhşiliklərinin qurbanı olan 13 kənd ağsaqqalı torpağa tapşırılıb. Kənd ağsaqqalı Əlibala müəllimin söylədiyinə görə, Gərmətük qəbiristanlığında isə 70-dən çox şəhid qəbri olsa da onlardan birinin baş daşı var. Bu məzarda dəfn olunan şəxs, Rusiyada təhsil alan gənc olub. Əhali ilə meşələrə çəkilməyib kənddə qalan və güllələnərək taxıl anbarında yandırılan iki qardaşın cənacəsi isə sonradan məscidin həyətində dəfn olunub. 1917-ci ilin oktyabrından 1919-cu ilin yayına qədər davam edən hərcmərclik və qətliamlara Camal Paşanın komanlığı altında türk ordusu Lənkəran qəzasına daxil olduqdan sonra son qoyulub. Onun Gərmətük kəndində qərargah etdiyi ev isə bu günə kimi qalıb. O dövrdə xalqımızın başına gətirilən müsibətləri anmaq üçün Lənkəranda xatirə kompleksi yaradılıb. Məhz bu ərazidə - qala meydanında şəhərin ən qanlı olayları yaşanıb. Hər il olduğu kimi yenə də hər bir lənkəranlı soyqrım qurbanlarının xatirəsini yad edərək ruhlarına dualar oxuyur.

13:00 / 31.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 152
Bu ay: 97670
Ümumi: 16411693
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın