/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Sürüşmədən zərər çəkənlərə yeni evlər tikiləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Torpaq sürüşməsi səbəbindən 4 gündür bağlanan Ağsu dolayları bu gün açıla bilər. Şamaxının Muğanlı kəndində sürüşmədən zərərçəkənlərə isə yeni evlər tikiləcək. Sürüşmə zonasında vəziyyətlə tanış olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə deyib.
Helikopterlə sürüşmə aktiv olan əraziləri seyr edən fövqəladə hallar naziri sonra Şamaxının Muğanlı kəndində oldu. Qəzalı vəziyyətə düşən evlərə baxış keçirən Kəmaləddin Heydərov zərərçəkən sakinləri dinlədi. Nazir, evləri qəzalı vəziyyətdə olan ailələrə ölkə başçısının tapşırığına əsasən yeni mənzillər inşa olunacağını bildirdi.
Fövqəladə hallar naziri martın 26-sı saat 12-dən bağlanan Ağsu dolaylarının açılacağı ilə bağlı məlumat da verdi.
Nazir Muğanlı –İsmayıllı yolunun sürüşmə aktiv olan hissələrinə də baxış keçirərək son vəziyyətlə tanış oldu. Qeyd edək ki, son gün ərzində adı çəkilən yolun 0-12, 22 və 28-ci kilometrliklərində torpaq sürüşməsi davam edib. Daha sonra Kəmaləddin Heydərov və rayon rəsmiləri sakinlərin köçürülmə üçün təklif etdikləri Şamaxının Meysəri kəndində boş sahələrə baxış keçirdilər.

19:00 / 29.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 6246
Bu ay: 134868
Ümumi: 14269229
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın