
Salyan polisi narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən şəxsi həbs edib. Saxlanılan rayon sakini Elsevər Xəlilbəylinin evindən 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, birdəfəlik şprislər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bundan əlavə evə baxış zamanı oradan qanunsuz silah-sursat – 1 ədəd «Makarov» markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülüb. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, saxlanılan şəxsin əlaqələri araşdırılır.
19:00 / 29.03.2012