
Hacıqabul rayon sakini 24 yaşlı Elman Ələkbərov həmyerlisi 26 yaşlı Ceyhun Hənifəyevi bıçaqlayaraq qətlə yetirib. Rayonun Koroğlu küçəsində qeydə alınan cinayət hadisəsi ilkin ehtimala görə, mübahisə zəminində baş verib. Belə ki, mübahisə zamanı Ceyhun üzərində gəzdirdiyi bıçaqla Elmanın sinə nahiyəsinə zərbə endirib. İkinci aldığı bıçaq yarasından hadisə yerindəcə keçinib. Bunu görən Ceyhun qaçsa da, polislər onun gizlənməsinə imkan verməyiblər. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
19:00 / 27.03.2012