/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Zay olmuş tonlarla alma çay kənarlarına tökülür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu qış Quba bağbanlarına xeyli ziyan vurub. Yaz aylarında yaxşı qiymətə satmaq istədikləri almanı indi bağbanlar atmaq məcburiyyətində qalıb. Bu dəfə də tonlarla meyvənin töküldüyü yer çayların kənarıdır. Qubada artıq neçə ildir qışın sonunda bu mənzərəni görmək olur. Qudyalçayın rayonun Zərdabi kəndindən keçən hissəsi əməlli-başlı alma poliqonuna dönüb. Bura hər gün tonlarla xarab olmuş meyvə atılır. Meyvəni həyətlərindəki yardımçı tikililərdə saxlayan bağbanlar ümid ediblər ki, yaz aylarında məhsulu daha yaxşı qiymətə sata biləcəklər. Lakin qış aylarında qeydə alınan mənfi 18-20 dərəcə şaxta onların bu arzusunu alt-üst edib. Ötən mövsüm Quba bağlarından 100 min tondan artıq alma yığılıb. Lakin dərim zamanı alıcının az, satış qiymətinin aşağı olması səbəbindən bağbanlar meyvənin bir hissəsini sata bilməyiblər. Təsərrüfat sahibləri məhsullarının zay olmasının səbəbini isə rayonda saxlama kameralarının azlığında görürlər. Belə ki hazırda Qubadakı 9 saxlama kamerasında cəmi 50 min tona yaxın meyvə saxlamaq mümkündür. Mütəxəssislər isə çıxış yolunu təkcə saxlama kameralarının sayının artırılmasında görmür. Bağbanların fikrincə, meyvənin satışında yaranan problemin digər səbəbi isə xarici bazara çıxışın zəif olmasıdır.

16:00 / 26.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 654
Bu ay: 371753
Ümumi: 12550140
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın