/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Bölgələrdə bayram tədbiri keçrilib

Şriftin ölçüsü:  11px13px15px17px

Yevlax şəhərində Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçrilib. Mərasim xüsusi təntənə və coşqu ilə qeyd olunub. Dəvə karvanından və atlılardan ibarət dəstə milli musiqimizin sədaları altında kür çayının sahilindəki bulvardan start götürərək şəhərin «Qoşa qala qapısı»-na qədər yürüş edib. Qalada yandırılan tonqaldan od götürən atlılar tədbirin keçirildiyi mərkəzi meydana gəlib. Novruz tonqalına od vurulub. Şəhərin mərkəzi meydanına toplaşan minlərlə iştirakçı alovlanan bayram tonqalının ətrafında milli adət ənənələrimizin nümayişini maraqla izləyiblər. Bayram tədbirində folklorumuzun, milli xörəklərimizin və şiriyyatlarımızın eləcə də qədim məişət əşyalarımızın nümayişi təşkil olunub. Xüsusi tryuklarla çıxış edən pəhləvan və kəndirbazlar alqışlarla qarşılanıb. Dəvə oyunu, xoruz döyüşü, dirə döymə, kosa keçəl oyunu və digər qədim oyun nümunələri həmçinin caparların yarışı mərasmimə əlavə rəng qatıb. Novruz şənliyində ifa olunan rəqslər, muğamlar və şux musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Bölgələrdə əhalinin sosial problemləri həll olunur. Zaqatala rayonunda Novruz bayramı silsilə tədbirlərlə yadda qalıb. Novruz hədiyyəsi olaraq Zaqatala rayonunun Qımır kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. Yerli sakinlərin müraciəti əsasında tikilən tibb məntəqəsi 4 otaqdan ibarətdir. Müasir standartlara cavab verən məntəqə lazımi avadanlıq və dərmanlarla tam təchiz olunub. Zaqatala rayonunda abadlaşan şəhər layihəsi çərçivəsində ilin məhəlləsi qalibi Faiq Əmirov küçəsi olub.

13:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 37
Bu gün: 16805
Bu ay: 371040
Ümumi: 12549427
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın