/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Cənub bölgəsinin Novruz adətləri

Şriftin ölçüsü:  11px13px15px17px

Novruz uzaq keçmişimizdən bizim günlərə qədər əzizlənən, yaşadılan ən gözəl bayramlarımızdan biridir. Qədim inanclara görə, kainat 4 ünsürdən yarandığına görə, Novruz ərəfəsində çərşənbələrə böyük önəm verilir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz cənub bölgəsində də təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunur. Norşud deyənlər baharın müjdəçiləri sayılır. Evlərdə bayram işlərinə başlanır. Hər evdə xoş ovqat yaşanır. Əzəl çərşənbədən başlayan hazırlıqlar ilaxır çərşənbəyədək davam edir. Bayram üçün məxsusi təamlar hazırlanır. Adətə görə, süfrədə «S» hərfi ilə başlayan yeddi nemət olmalıdır. Ən əsası isə səməni və su. Bayramda bişirilən şirniyyatların hər biri təbiət cisimlərinin simvolu sayılır. Rəngli yumurtalar isə süfrələrimizə əlavə gözəllik verir. Zəngin Novruz ənənələri folklorumuzda yaşadılaraq bu günümüzə çatdırılıb. Qədim inanclara görə, yeni ilin gəlişində ilk oyanan su olur. Bulaqdan gətirilən su həyət-bacaya səpilərək, dualar edilir. Ocaqlar qalanır. Yeddi növ dənli bitki toxumu ocaqda qovrularaq paylanır ki, qışın soyuğu candan çıxsın. Qızlar niyyət edib göyərtdikləri səməniyə rəqs edərək, naz verir. Analar oğlanlarına qız bəyənər, nişan taxılar, nişanlı olanların evinə bayram xonçası apararlar. Astaranın «Əvəsor» xalq kollektivi Novruz ənənələrimizin birlik bayramı, xalq şənliyi kimi nəsildən-nəsilə çatdırılmasında yorulmadan çalışır. Od üstündən həvəslə atlanan uşaqlarsa səbirsizliklə havanın qaralmasını gözləyir ki, qonşu evlərə papaq atsınlar. Bir sözlə, Novruz hamının bayramıdır. Xeyirin şər üzərində qələbəsidir.

13:00 / 19.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 15357
Bu ay: 94705
Ümumi: 17315158
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın