/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Bahar bayramı Ağdaşda təntənə ilə qeyd olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Bahar bayramı Ağdaş rayonunda da böyük təntənə və coşğu ilə ilə qeyd olunur. On minlərlə ağdaşlı bu Novruzda şəhər gəzintisinə çıxıb. Bayram tədbiri on minlərlə insanın Ağdaşın mərkəzi meydanına toplaşması ilə başlayıb. İlk olaraq «Dədə Qorqud» və «Bahar qız» mərkəzi meydana gələrək insanların Novruz bayramını təbrik edib və bayram tonqalı alovlvlandırılıb. Sülh rəmzi olan ağ göyərçinlər və hava şarları səmaya buraxılıb. Alovlanan bayram tonqalının ətrafında milli adət ənənələrimizin, folklorumuzun, milli xörəklərimizin və şiriyyatlarımızın eləcə də qədim məişət əşyalarımızın nümayişi böyük maraqla izlənib. Kəndirbazların tryukları alqışlarla qarşılanıb. Dəvə oyunu, xoruz döyüşü, dirə döymə, kosa keçəl oyunu və digər qədim oyun nümunələri də izləyənləri keçmişə səyahətə aprıb. Bayram tədbiri çərçivəçində məktəblilərin əl işlərindən ibarət sərgilər də təşkil olunub. Novruz şənliyində ifa olunan rəqslər, muğamlar və şux musiqi nömrələri insanlarda xoş ovqat yaradıb. Tədbirdə nehrə çalxalamaq, sac asmaq, yuxa yaymaq, kətə bişirmək kimi bayram ənənələrimizin bariz nümunələri iştirakçıların, ən çox da uşaqların marağına səbəb olub. Sonra tədbir iştirakçıları şəhər gəzintisinə çıxıblar. Gəzinti zamanı şəhər sakinləri bayram plovundan və müxtəlif kabablardan dadmaq imkanı da əldə ediblər.

13:00 / 19.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 15797
Bu ay: 95145
Ümumi: 17315598
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın