
Kəskin hava şəraiti ötən axşamdan Lerik və Yardımlı rayonlarını yenidən işıqsız qoyub. Masallı- lerik və Lənkəran-Lerik yüksək gərginlikli elektrik xətlərində qəzalar yaranıb. Masallıdan ötürülən enerji Yardımlı rayonu ərazisindəki, Lənkərandan verilən enerji isə Lerik rayonunun Hamarat ərazisindəki qəza səbəbindən kəsilib. Bölgəyə güclü qar yağıb. Temperatur 8 dərəcə enib. Ən aşağı hərarət ruvarud stansiyasında mənfi 9 - 7 dərəcə qeydə alınıb. Lerikin rayon mərkəzində qarın qalınlığı 50 sm-ə yaxın, ətraf kəndlərdə isə 60-70 sm-dir. Lənkəran-Lerik yolunda hərəkəti təmin etmək üçün texnikalar çalışır. Ucqar kəndlərlə əlaqə kəsilib. Şəhər ərazisində yollara qum səpilir, ekskavatorlar işləyir. Rayona verilən enerjinin bərpası istiqamətində briqadalar çalışır. Yardımlı rayonunda da vəziyyət oxşardır. Hazırda cənub bölgəsinin bütün rayonlarına qar yağır.
13:00 / 17.03.2012