/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

ABŞ-da məhkəmə icraatı başlana bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Separatçı Dağlıq Qarabağ qrumunu maliyyələşdirdiklərinə görə Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Milli Assambleyasına qarşı ABŞ-da məhkəmə icraatı başlana bilər. Minsk qrupunun amerikalı sabiq həmsədri Ceyms Uorlik bu təşəbbüslə çıxış edib. O, faktlar üzrə məhkəmə icraatının mümkünlüyü barədə ABŞ hakimiyyəti ilə danışıqlar apardığını bildirib. Uorlik və onun həmkarı olan bir sıra Amerikalı diplomatların fikrincə, ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı regionda erməni separatizmini daha da cəsarətləndirir və dağlıq qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə əngəl yaradır. Uorlikin təşəbbüs göstərdiyi məhkəmə icraatı hüquqi cəhətdən də əsaslandırılıb, çünki hər iki erməni lobbi təşkilatı ABŞ rezidentidir. Qeyd edək ki, əlində güclü maliyyə və informasiya resursları cəmləşən Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası lobbi təştəşkilatları ABŞ-ın rəhbər dairələrində sıx əlaqələrə malikdir. Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “Azadlığa dəstək” aktına 907-ci düzəliş də məhz bu erməni lobbi təşkilatlarının fəaliyyətinin nəticəsidir.

13:00 / 22.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 1924
Bu ay: 282240
Ümumi: 7061366
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın