/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

M.Brayza: «10 il əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd hazırlanıb»

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda prezident yanında Stratejı Araşdımalar Mərkəzinin təşkilatçılığı ilə “Caucasus İnternational” jurnalının dərc edilməsinin 5 illiyınə həsr edilən beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Türkiyə, Almaniya, iran və Gürcüstan nümayəndələri iştirak edib. “Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda keçirilən konfransda bildirildi ki, Ermənistan özünün təcavüskar fəaliyyəti, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində inteqrasiya prosesindən kənarda qalıb. “Dağlıq Qarabağ münaqişəsi regionun iqdisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Bu fikri isə Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi. Qeyd etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır. «10 il əvvəl Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd hazırlanaraq razılaşdırılmışdı. Bu yeganə işlək sənəddir və münaqişənin həllində əsaslı balans yaradır. Qeyd edim ki, münqaişənin həlli üçün tərəflərin güzəştə getməyinə ehtiyac var. Qarabağ münaqişəsinin yeganə həlli vasitəçilik və liderlik rolu ilə mümkündür. Bunu Rusiya və Amerika Birləşmiş Ştatları öz üzərinə götürə bilər. Metyu Braza Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar barədə də danışdı. Vurğuladı ki, münaqişə zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin. “Valday” klubunun inkişaf və dəstək fondunun proqram direktoru Andrey Suşentsov isə bildirdi ki, son zamanlar dünyada gözlənilməz hadisələr baş verir. Donald Trampın qələbəsi, Rusiyanın Suriyaya addımlaması və «Breksit» məsələsini misal gətirən Suşentsov qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo Rusiya və onun müttəfiqləinə ziyan vurur. İki paneldə təşkil olunan konfrans «Cənubi Qafqaz və qonşuluğu: regional əməkdaşlıq və ortaq çağırışlar» mövzusu ilə davam etdi.

19:00 / 16.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 6
Bu gün: 7448
Bu ay: 135152
Ümumi: 8106270
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın