/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Cocuq Mərcanlıya qayıdış dünya mətbuatında

Şriftin ölçüsü:  11px13px15px17px

Məcburi köçkünlərin Cocuq Mərcanlı kəndinə qayıdışı dünya mətbuatında da işıqlandırılıb. Müxtəlif xəbər saytlarında dərc olunan yazılarda doğma yurdlarına qayıdan insanların taleyilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tarixinə də yer verilib. İspaniyanın “Lavanguardia” saytında yer alan yazıda 1994-cü ildə işğaldan azad edilsə də erməni ordusunun atəşi altında qaldığı üçün sakinlərin Cocuq Mərcanlı kəndinə qayıda bilmədiyi bildirilir. Yazıda, təhlükələrə baxmayaraq, bu vaxta qədər kənddə yaşayan yeganə ailənin - həziyevlərin həyatına xüsusi yer verilir. “Əsgərlərimiz kəndi erməni işğalçılarından azad edən kimi geri qayıdıb evimizi yenidən tikmişdik. Həmin vaxtdan etibarən artıq iyirmi ildən çoxdur ki, burada tək yaşayırıq” deyə 49 yaşlı Oqtay Həziyev İspaniya mətbuatına bildirib. “El Confidencial” saytında isə artıq kəndə böyük qayıdışın başladığı bildirilir. Füzuli şəhərində yaşayan Məhəmməd Mirzəliyev xəbər agentliyinə müsahibəsində imkan yaranan kimi qayıdacaqlarını deyir. Xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev isə böyük qayıdışın xarici mətbuatda işıqlandırılmasının Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynadığını bildirib. Hikmət Hacıyevin fikirləri Cocuq Mərcanlı ilə bağlı xarici mətbuatda nəşr olunan məqalələrdə öz təsdiqini tapır. Kolumbiyanın nüfuzlu “W-radio” xəbər agentliyi də kənd sakinlərinin qayıdışı ilə birlikdə Qarabağ müharibəsinin həqiqətləri diqqətə çatdırılıb. Yazıda hələ 1 milyonda çox sakinin də doğma yurdlarına qayıdacağı günü gözlədikləri vurğulanır.

13:00 / 13.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 4265
Bu ay: 472971
Ümumi: 13297269
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın