/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

İqor Papov: «Danışıqlarda nikbinlik yaşanır».

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olacağına inanıram. Danışıqlarda nikbinlik yaşanır. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov belə deyib. Bildirib ki, vasitəçilər prezidentlərin görüşünün hazırlanması ilə bağlı danışıqlar aparıblar. ATƏT-in Minsk qrupu həmədirlərinin Bakıda keçirdiyi görüşlərin detalları tam açıqlanmır. Rusiyalı vasitəçi İqor Papov bildirib ki, danışıqlar zamanı təmas xəttindəki hızırkı durum, eləcə də Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirləri və prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olub. «Bu, bizim regina səfərimiz çərçivəsində son görüş idi. Gündəmdə olan məsələləri müzakirə etdik. Təmas xəttindəki vəziyyət və həmsədrlərlə Vyanadakı görüşümüzün detallarını Xarici İşlər Naziri ilə birgə müzakirə etdik. Düşünürük ki, prosesi intensivləşdirmək lazımdır. Guman edirəm ki, danışıqlarda nikbinlik yaşanır, münaqişənin həllində irəliləyişin olacağına ümud edirəm. Sentyabırda yenidən bir araya gələcəyik. Vaşinqton ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki fəaliyyətinə inanır. Birləşmiş ştatlar dövlət katibi köməkçisinin baş müavini Riçard Hoqland belə deyib. Diplomat bildirib ki, münaqişə tərəfləri bu məsələni qarşılıqlı anlaşma əsasında həll etməlidirlər.

19:00 / 23.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 23757
Bu ay: 433173
Ümumi: 13922789
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın