/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Bako Saakyanın London səfərinə daha bir etiraz

Şriftin ölçüsü:  11px13px15px17px

Böyük Britaniya parlamentində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı Londona dəvət edən «Chatham House»a etiraz edilib. İcmalar palatasının üzvü Bob Bləkmən onun Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunmasını pisləyib. Bləkmən bildirib ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğalı, 1 milyona yaxın azərbaycanlının isə məcburi köçürülməsi ilə nəticələnib. «Həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən Britaniyaya dəvət olunması və ona çıxış etmək üçün tribuna verilməsi olduqca yanlış bir qərardır.» – Bob Bləkmən belə deyib. İcmalar palatasının üzvü məsələylə bağlı Britaniya parlamentində müzakirələr keçirilməsi üçün təkliflə çıxış edib. Bir neçə deputatın dəstəklədiyi sənəddə Kral Beynəlxalq Münasibətlər İnstitutu rəsmi şəkildə üzr istəməyə çağırılır.

19:00 / 22.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 23969
Bu ay: 433385
Ümumi: 13923001
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın