/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Etimad atmosferinin yaranması Ermənistandan asılıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Regiona səfər çərçivəsində İrəvanda olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin sabah Bakıya səfəri gözlənilir. İrəvandakı danışıqlardan sonra isə amerikalı həmsədr Ceyms Uorlik münaqişə tərəfləri arasında qarşılıqlı etimadın olmasının böyük önəm daşıdığını bildirib. ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana səfəri davam edir. İrəvanda Serj Sarkisyan və Edvard Nalbadyanla görüşən həmsədrlərin hazırda işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir. İyulun 22-si və 23-də isə həmsədrlərin Bakıya səfəri və ölkə rəhbərliyi ilə görüşü gözlənilir. Minsk qrupu həmsədrlərinin regiona səfərinin əsas məqsədlərindən biri də ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsidir. Ümumilikdə isə həmsədr ölkələrin xeyli fəallaşması nəzərə çarpır. Rusiyada bu funksiyanı Xarici İşlər Naziri Sergey Lavrov yerinə yetirir. Bir neçə gün əvvəl Moskvada Elmar Məmmədyarovla görüşən Lavrov Rusiyanın münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib. Bu isə Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü ala almaq niyyətini ortaya qoyur. Lakin problemin həlli üçün İrəvana birbaşa təzyiq imkanlarına malik olan Moskva yalnız niyyətlə kifayətlənməyərək, konkretaddımlar atmalıdır. Digər həmsədr ölkə olan Amerika isə münaqişənin nizamlandığı masada heç də Rusiyanın başda əyləşməsini istəmir. Vaşinqtonun Lavrova qarşı alternativ sözçüsü rolunda isə elə Ceyms Uorlik çıxış edir. Əslində həmsdər ölkələrinin belə yarışı heç də onun həllinə yox, cənubi Qafqazdakı nüfuzlarını qoruyub-saxlamağa hesablanıb. Minsk qrupu həmsədrlərinin hər dəfə eyni fikirləri səsləndirməsi də bunu təsdiqləyir. Məsələn, amerikalı həmsədr İrəvanda bu dəfə də münaqişə tərəfləri arasında qarşılıqlı etimadın olmadığını və bunun həmsədrləri çox narahat etdiyini deyib. Bəli, münaqişə tərəfləri arasında qarşılıqlı etimad atmosferinin yaradılması ən vacib şərltərdən biridir. Həqiqətən də bunsuz uzunmüddətli sülhə nail olmaq mümkün deyil. Amma orası da var ki, həmin etimadın formalaşması ilk növbədə həmsədr ölkələrin öz vasitəçilik missiyasını düzgün və obyektiv icra etməsindən asılıdır. Yəni başqa hallarda qibtəolunacaq prinispiallıq ortaya qoyan vasitəçilər işğalçı Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa məcbur etməklə münaqişə tərəfləri arasında etimad mühiti yaratmalıdırlar. Amma Dağlıq Qarabağ münaqişəsinə gəldikdə nədənsə biz fərqli yanaşmanın şahidi oluruq. Əgər həmsədr ölkələr münaqişənin tezliklə nizamlanmasını istəyirlərsə, təcavüzkar Ermənistan mütləq geri çəkilməyə məcbur edilməlidir. Yalnız və yalnız bunun qarşılığında Azərbaycan cəmiyyətində Ermənistana qarşı etimad atmosferinin yaranmasına müəyyən ümid yarana bilər.

19:00 / 21.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 12601
Bu ay: 263797
Ümumi: 13753413
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın