/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Dağlıq Qarabağdakı separatçı rejimin süqutu yaxınlaşır

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımların müzakirəsi üçün bu gün İrəvana səfər ediblər. Amma görünür həmsədr ölkələrin “yüksək” səyləri olmadan da, Dağlıq Qarabağ separatçıları özləri təslim olamğa hazırdırlar. Daha çox «tvitləmə» diplomatiyası ilə məşğul olan Ceyms Uorlik və digər həmsədrlər İrəvana səfər zamanı Ermənistan prezidenti Serj Sərkisyan və Xarici İşlər Naziri Edvard Nalbadyanla görüşüblər. Görüşdən sonra amerikalı həmsədr öz «tvitter» hesabında qeyd edib ki, “Bütün region əhalisinin sülh və tərəqqi içində yaşamağa haqqı var”. Həmsədrlər sabah Bakıya gələcəklər. Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələrin aparılacağı deyilir. Amma həmsədrlərin beyinləri də ayaqları qədər aktiv olsaydı onların vasitəçilik missiyası çoxdan ciddi nəticələr verərdi. Son bir neçə ildə müxtəlif problemlərin müzakirəsi müstəvisində daha çox dirəşmə nümayiş etdirən Minsk qrupu həmsədrləri nədənsə həmişə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada eyni mövqedə dayanırlar. Belə mövqe isə münaqişənin həllinə yox, onun dondurulmasına istiqamətlənib. Problemin ölü nöqtədən tərpənməsinə kiçicik bir nişanə nəzərə çarpan kimi ortaya süni maneələr atılır. Gah Ermənistanda Levon Ter-Petrosyan hakimiyyətdən devrilir, gah İrəvan parlamentində gülləbaran təşkil olunur və sair. Amma iyulun 17-də Moskvada Elmar Məmmədyarovla görüşən Sergey Lavrovun “Münaqişənin həlli vaxtının gəlib çatdığını” və bunun üçün “əsasın olduğunu” vurğulaması, sonra isə Nalbadyana zəng vurması Rusiyanın problemin tezliklə həllində maraqlı olduğunu göstərir. Daha dəqiqi, Kremldə problemin tam da olmasa, müəyyən bir həddə qədər nizamlanmasında maraqlıdırlar. Ən azından İranla razılıq əldə olunandan sonra Rusiyanın cənubi Qafqazda həlledici rol oynadığını göstərməsi üçün indi əla imkan yaranıb. Və görünür Moskva Minsk qrupunda əsas moderator roluna iddialıdır. Rusiyanın təşəbbüsü ələ almaq istəyi fonunda Vaşinqtonun da fəallaşması, bu yaxınlarda isə Uorlikin Moskvada görünməsi və orada dedikləri də xeyli düşündürücüdür. Uorlikin dedikləri hələ o anlama gəlmir ki, Amerikada da “problemin həlli vaxtının gəlib çatdığını” fikirləşirlər. Və əgər fikirləşirlərsə də, Moskvadakılardan fərqli ssenaridə yox. Hazırda Dağlıq Qarabağda baş verənlər isə onu göstərir ki, separatçı rejim rəhbərliyi Moskvadan torpaqları Azərbaycana qaytarmaq üçün Qarabağ əhalisini psixoloji olaraq hazırlamaq əmri alıb. Özü də İrəvanın xəbəri olmadan. Belə ki, “üçüncü güc plyus” nəşrinin baş redaktoru Vaqram ağacanyan bildirib ki, xankəndindəki rejim büdcədən 6 milyard drama qədər vəsait oğurlayıb, bununla yanaşı aylardır əməkhaqqları və pensiyalar verilmir. Ermənistan rəhbərliyinin xankəndindəki rejimə hər il milyonlarla kredit ayırmasına baxmayaraq, o pulların hara yoxa çıxdığını bir Allah, bir də Bako Saakyan bilir. Yəni köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır. Çünki yoxsul insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Onları bu səfalətdən isə yalnız Azərbaycan xilas edə bilər. Görünür İrəvanda at oynadanların finişə çatmayacaqlarını yaxşı dərk edən Bako Saakyan böyük ağanın təlimatı ilə oynamaq qərarına gəlib. Sonda Qarabağda vəziyyət o həddə çatacaq ki, ordakı əhali nəinki Ermənistanın işğal etdikləri torpaqların geri qaytarılmasını tələb edəcək, həm də ağ günə çıxmaq üçün elə Saakyanın özünü əlli-ayaqlı Azərbaycana təhvil verəcək. Vaqram Ağacanyanın bu bəyanatı Dağlıq Qarabağdakı cinayətkar separatçı rejimin süqutunun sonuna az qaldığını sübut edir. Və regionda öz nüfuzlarını qoruyub-saxlamağa çalışan həmsədrlərin fəallığı da elə bu məqamala bağılıdır.

19:00 / 20.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 23606
Bu ay: 433022
Ümumi: 13922638
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın