/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

İkili yanaşmalar Dağlıq Qarabağ münaqişəsini həllinə mane olur

Şriftin ölçüsü:  11px13px15px17px

Beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ məsələsində ölkəmizin olmasına baxmayaraq, təəssüf ki, dünyanın aparaıcı dövlətlərinin ikili yanaşmaları problemin həllinə ciddi şəkildə mane olur. Amma təcavüzkar Ermənistanın və onun havadarlarının layiqli cəzalarını alacaqları gün elə də uzaqda deyil.
Dünən Avropa İnsan Hüquqları məhkəməsində “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi ilə bağlı yekun qərar verilib. Xatırladaq ki, sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanırdı. Prosesin 10 ildən də çox uzanmasına səbəb isə Ermənistan tərəfinin Dağlıq Qarabağın tam ayrı müstəqil respublika olduğu barədə iddiaları idi. Təəccüblüsü budur ki, Avropa İnsan Hüquqları məhkəməsi kimi mötəbər bir qurum Dağlıq Qarabağ və ətraf ərazilərin əslində işğal olunduğunu aydınlaşdırmaq üçün uzun illər gözləməli olub. Qeyd edək ki, məhkəmə “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində həmvətənlərimizin xeyrinə qərar çıxarıb. Lakin, burada da göstərilir ki, qaçqınların hal-hazırda torpaqlarına qayıtması real deyil. Yəni Ermənistana qarşı təzyiqlər olmayacaq. Bununla belə qərarı həm hüquqi, həm də diplomatik baxımdan Azərbaycanın növbəti böyük qələbəsidir. Çünki bir məsələyə aydınlıq gətirildi ki, Xankəndindəki separatçı rejim Ermənistanın idarə etdiyi qondarma bir qurumdur. Və məsuliyyət rəsmi İrəvanın boynundadır. Beləliklə “Çıraqovlar və digərləri Ermənistana qarşı” məhkəmə işi işğaldan əziyyət çəkmiş digər soydaşlarımız üçün də presedent olmaqla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılması yönündə Ermənistana təzyiq prosesinə təkan verə bilər. Sözsüz ki, bu son deyil. Bizim Ermənistana qarşı məhkəməmiz hələ çox çəkəcək. Ən azından torpaqlarımız qaytarılana və törədilən hərbi cinayətlərin günahkarları cəzalandırılana qədər. Əsl davamızı udmaq üçün hələ çox çalışmalıyıq. Çünki, Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərar Avropa Parlamentində və digər qurumlarda bir çoxlarının ürəyincə olmayıb. Onlar uzun illərdir ki, Ermənistanın təcavüzünü ört-basdır etmək üçün müxtəlif yollara əl atıblar. Çünki hansısa cinayətkarın və narkomanın hüquqlarını torpaqlarından qovulmuş insanların hüquqlarından üstün tuturlar. Məhz belə yanaşmaların mövcudluğu, BMT-nin 4 məlum qətnaməsinin hələ də icra olunmasınaimkan vermir. Amma indi heç kim şübhə edə bilməz ki, dövlət başçımızın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi həlledici rol oynayacaq və biz heç bir məhkəmə qərarına ehtiyac duymadan öz torpaqlarımıza gedəcəyik.

12:00 / 18.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 1850
Bu ay: 377418
Ümumi: 11359879
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın