/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Speratçı rejimin rəhbəri kənarda qaldı

Şriftin ölçüsü:  11px13px15px17px

Separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın aprelin 24-də İrəvanda qondarma soyqırım mərasimlərində iştirakına icazə verilməyib. Bu məsələdə Rusiya prezidenti Vladimir Putinin xüsusi mövqe ortaya qoyduğu bildirilir. Separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan aprelin 24-də İrəvanda keçiriləcək uydurma erməni soyqırımının 100 illiyi mərasimlərində iştirak etməyəcək. Qondarma qurumda bunu Saakyanın həmin gün Xankəndidə “Soyqırımı memorialının” açılışında iştirak edəcəyi ilə əlaqələndiriblər. Amma hətta Ermənistanda belə heç kim bu səbəbi ciddi qəbul etmir. Çünki Saakyan hər il İrəvanda “Soyqırımı” abidəsinin qarşısında keçirilən mərasimlərdə iştirak edib və məntiqə uyğun olaraq, dünya ermənilərinin illərlə hazırlaşdığı 100 illiklə bağlı tədbirdə də orada olmalı idi. Erməni ekspertləri hesab edirlər ki, rəsmi İrəvan Minsk qrupunun həmsədrləri olan Fransa və Rusiya prezidentlərinin narazılığına səbəb olmamaq üçün separatçı rejimin rəhbərinin mərasimlərə qatılmamasını istəyib. Ekspert Armen Bədəlyan bildirib ki, Ermənistana gələcək 4 prezidentin yanında tanınmamış respublikanın prezidentinin olması dünya tərəfindən düzgün qarşılanmazdı və həmin ölkələrin Azərbaycanla münasibətlərinə mənfi təsir edərdi. Azərbaycanla münasibətləri korlamağı isə heç kim istəmir”. Erməni ekspert belə deyib. Moskvadakı mənbələr isə bu məsələdə prezident Vladimir Putinin xüsusi mövqe ortaya qoyduğunu bildirirlər. Məlumata görə, Rusiya dövlət başçısı İrəvana səfərinin Azərbaycan və Türkiyə ilə münasibətlərə zərər vurmaması üçün bütün detalları ölçüb-biçib.

19:00 / 21.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 14155
Bu ay: 335814
Ümumi: 11862582
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın