/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

«Münaqişənin həllindəki mövcud vəziyyət sülhə və təhlükəsizliyə əsas təhdiddir»

Şriftin ölçüsü:  11px13px15px17px

«ATƏT məkanındakı münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir». Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində ATƏT-in «Avropanın təhlükəsizlik böhranının cavablandırılması: gələcəyə baxış və ATƏT-in rolu» mövzusunda keçirilən nazirlərin iclasında çıxışı zamanı belə deyib. Bildirib ki, əgər təşkilat baş verən böhranlara təkcə reaksiya vermək deyil, həm də onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olar.
Elmar Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövcud vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir. Münaqişənin həlli üçün irəliləyiş, Ermənistan silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər. Bu addım həm də Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcək.
Bu isə davamlı sülh quruculuğu istiqamətində çox vacibdir. «İnanırıq ki, ATƏT-ə üzv ölkələr münaqişənin tezliklə həlli istiqamətində qəti mövqeyimizi bir daha təsdiq edəcəklər», - Elmar Məmmədyarov belə deyib. Nazir həmçinin diqqətə çatdırıb ki, ATƏT məkanında təşkilatın öz mandatına uyğun səmərəli fəaliyyət nümayiş etdirməsini əngəlləyən və üzv dövlətlərin təhlükəsizliyinə təsir göstərən bir sıra yeni çağırışlar müşahidə edilir. Bunların arasında Helsinki yekun aktının təməl prinsiplərinin seçimli təhrifini, beynəlxalq münasibətlərdə güc nümayiş etdirilməsinin və ya təhdid hallarının kəskin artmasını, həmçinin gücdən istifadə nəticəsində ATƏT-ə üzv ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tozunulmazlığının təminatının iflasa uğramasını misal çəkmək olar. «İnsan hüquqlarına, fundamental azadlıqlara tam və əhatəli yanaşmanın olmaması, ikili standartların və seçimli mövqenin nümayişi, insan hüquqları adı altında ATƏT-ə üzv ölkələrdə təhlükəsizliyi pozmaq cəhdləri də mövcuddur» deyən nazir qeyd edib ki, təşkilatı bir-birinə qarşı olan və bir-birilə rəqabət aparan siyasi-hərbi məkana çevirmək cəhdləri də narahatedicidir. Belə qruplaşmalar əsasında rəqabət ATƏT məkanının bölünməzliyini sual altına qoyur və bu, müxtəlif səbəblərdən kollektiv müdafiə institutlarına qoşulmayan və ya qoşula bilməyən dövlətlərə təsir edir ki, onlar da Avropa təhlükəsizlik arxekturasında ATƏT-in rolunun azalmasından narahat olurlar.
Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə də çıxış edib. Nazir Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verən və Ermənistanın zorakılığını qınayan islam ölkələrinə təşəkkürünü bildirib. Eyni zamanda islam ölkələrində hökm sürən gərginlikdən rəsmi Bakının narahatlığını diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi əngəllərdən biri olan terrorizmin bütün formalarını qınayır, bu problemə qarşı mübarizədə göstərilən bütün beynəlxalq səyləri bundan sonra da dəstəkləməkdə davam edəcək.

13:00 / 27.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 85
Bu ay: 97603
Ümumi: 16411626
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın