/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

İctimaiyyət nümayəndələri ön xətdə

Şriftin ölçüsü:  11px13px15px17px

İctimaiyyət nümayəndələri əvvəlcə Füzuli istiqmətində yerləşən hərbi hissədə oldular. Əsgərlərlə görüşdə bildirildi ki, son günlər qoşunların təmas xəttində başa verən hadisələr bir daha xalqla ordunun həmrəyliyinin gücləndirilməsinin zəruriliyini nümayiş etdirib. Çıxışlarda Azərbayacan Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etməyə qadir olduğuna inam xüsusi vurğulanıb. İctimaiyyət nümayəndələri ordumuzun qoşunların təmas xəttində yerləşən mövqelərinə də baş çəkiblər. QHT və media nümayəndəlirinə bu istqamətdə Erməni Ordusunun atəşkəsi pozması hallarının çoxalması və bu hücumların qarşısının qəhramanlıqla alınması haqqında bilgi verilib.
Ön xətdə xidmət edən hərbi qulluqçular Ordumuzun balansında olan müasir texnika və silahlar vasitəsiylə qarşı tərəfin hər addımını izləmək və layiqli cavab vermək imkanına malikdirlər.
İctimaiyyət nümayəndələri ön xətdən işğal altında olan ərazilərimizi də müşahidə etdiblər. Jurnalistlərə açıqlama verən QHT nümayəndələri gördüklərinin Azərbaycan Ordusuna inamı daha da artırdığıını bildirdilər.
İctimaiyyət nümayəndələri erməni kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısını alarkən şəhid olmuş Xocavənd rayon Qaradağlı kənd sakini Quliyev Sənanın ailəsini də ziyarət etdilər. Bildirildi ki, düşmənin həmləsini dəf edərkən şəhidlik zirvəsinə ucalan Sənanın rəşadəti hər kəs üçün örnəkdir və şəhidlərimizin qanı heç vaxr yerdə qalmayacaq. İctimaiyyət nümayəndələri cəbhə xəttinin Ağdam və Tərtər istiaqamətində də olublar.
Onlar əvvəlcə Müdafiə Nazirliyinin bölgədə yerləşən hospitalına baş çəkiblər. Burada onlara hospitalın müasir avadanlıqla təmin olunduğu, hərbi qulluqçuların müalicəsi və tibbi yardım üçün lazımi şərait yaradıldığı haqqında ətraflı məlumat verilib. Daha sonra qonaqlar Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan müddətdən artıq hərbi qulluqçu i Əhmədov Qaryağdının Quzanlı qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər. QHT və media nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin Ağdam və Tərtər istiqamətində yerləşən hərbi hissələrində də olublar. Onlara bu istqamətdə Erməni birləşmələrinin atəşkəsi pozması hallarının çoxalması və erməni kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısının alınması barədə geniş məlumat verilib.

19:00 / 08.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 697
Bu ay: 98215
Ümumi: 16412238
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın