/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Cəbhəyanı kənd sakinlərində inam artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Qarabağa səfəri zamanı birbaşa ön xəttə yollanıb. Cəbhədə baş verənlərlə şəxsən tanış olan ali baş komandan görüş zamanı hərbçilərə öz tapşırıqlarını verib. Barmaq tətiydə müşahidə postlarında duran əsgərlərə bildirib ki, arrxada onlara kömək etmək üçün hər cür müasir texnikalarla dəstək var. Ermənilər təxribatlarına son verməsə bütün imkanlardan istifadə olunacaq. Bütün bunları hərbçilərlə görüşdən sonra məcburi köçkünlr üçün inşa olunan yeni qəsəbənin açlışında iştirak edən prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndindən məcburi köçkün olan 78 yaş Bəsti Nənəyə şəxsən özü deyib. Nənənin sözlərinə görə, prezidentlə görüşdən sonra dədə-baba torpağına qayıdacağına inam daha da artıb. Qoşunların təmas xəttində atışmalar baş verən zaman həmin istiqamətdə yaşayan yerli sakinlər ilk öncə təşvişə düşsə də, qısa müddət keçməmiş Azərbaycan ordusunun tutarlı cavab atəşi onları ruhlandırıb. Ötən illərdə qırılan inamların yenidən bərpasına səbəb olub. Məcburi köçkün Zaur Həsənov 21 ildir Ağdamın cəbhəyanı kəndlərindən olan Çəmənlidə məskunlaşıb. Deyir ki, cəbhədə Azərbaycan ordusunun öz üstünlüyünü nümayiş etdirməsindən sonra öz doğma yurduna ən qısa vaxtda dönəcəyinə inamı artıb. Ümumiyyətlə cəbhəyanı kənd sakinləri qoşunların təmas xəttindəki son hadisələri ölkə adına qələbənin başlanğıcı kimi qiymətləndirirlər. Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xəttində üstünlüyü və ölkə prezidentinin cəbhə xəttində olması ermənilərin həmin andan susmasına səbəb olub. Yerli sakinlər artıq ordunun hər an işğal altında olan ərazilərə gedə biləcək gücdə olmasına əmindirlər.

19:00 / 07.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 1130
Bu ay: 98648
Ümumi: 16412671
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın