/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Cəbhədəki gərginlik Rusiya mətbuatında

Şriftin ölçüsü:  11px13px15px17px

Cəbhədə gərginliyin artması Rusiyanın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsini aktual mövzu olaraq gündəmə gətirdi. Artıq avqustun 2 dən etibarən isə Rusiya KİV-ləri təhlil xarakterli yazılara keçdilər.Nezavisimaya qazeta, Moskovskiy Komsomolets, Kommersant kimi nüfuzlu qəzetlər, demək olar ki, bütün informasiya agentlikləri münaqişə ilə bağlı analitik materiallara yer verir, Qarabağ mövzusunu manjetə çıxarırlar. Təkcə tv-lər hadisələrə münasibəti şərhsiz, quru informasiya ilə məhdudlaşdırırlar.
Ekspertin dediklərini Ria-Novosti agentliyində nəşr edilən təhlil də təsdiqləyir. Müəllif - ermənipərəst mövqeyi ilə seçilən Sergey markedonov yazıda maksimum neytrallıq nümayiş etdirmək istəsə də, münaqişənın əsas səbəblərindən söz salmır. O, hesab edir ki, atəşkəsin pozulmasında ABŞ-ın marağı var. Və bu ölkə Rusiyanı münaqişəyə cəlb etməyə cəhd edir. «Artıq hadisələr Dağlıq Qarabağda yox, Azərbaycan - Ermənistan sərhədində gedir» yazan müəllif işarə edir ki, Rusiyanın klollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü kimi Ermənistana yardım etmək öhdəliyi var.
Digər qəzetlərdə çıxan yazıların əksəriyyətində isə rusiyalı həmkarlarımız belə demək mümkünsə, süni neytrallığı maksimum qorumağa çalışırlar. Məsələn, Ermənistan heç bir yazıda təcavüzkar dövlət kimi təqdim edilmir, qondarma rejim də münaqişə tərəfi kimi göstərlir. Münaqişənin tarixindən bəhs edən yazılarda isə Ermənistanın Qarabağ ətrafındakı 7 rayonu işğal etməsindən söz açılmır. Onlar daha çox “Azərbaycan əraziləri üzərində nəzarəti itirib” kimi ifadələr işlədirlər. Diqqəti çəkən digər məqam Ermənistan mənbələrinə istinadların daha çox olmasıdır.
Ermənipərəst informasiya portalları isə bu günlərdə əsil hücuma keçiblər. Etiraf edək ki, «Ru.net»də ermənilərin xeyli resursu var və onlar müxtəlif yazılarla diqqəti məsələnin mahiyyətindən yayındıra bilirlər. Məsələn ermənilər rus oxucuda elə təəsürat yaratmağa çalışırlar ki, guya Azərbaycan ABŞ-ın dəstəyi ilə müharibəyə başlayır. Və hadisələr Vaşinqtonun Ukrayna ssenarisinin bir hissəsidir. Bununla da Azərbaycanın haqq işinə kölgə salmağa çalışırlar. Və atəşkəsin Azərbaycan tərəfindən pozulduğuna diqqət çəkməyə çalışırlar. İtkilərin sayı barədə məlumatlar, cəbhə bölgəsindən təqdim edilən reportajlar oxucuda təcavüzkar Ermənistanı növbəti dəfə məzlum görkəmində təqdim etməyə yönəlib.

13:00 / 07.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 2574
Bu ay: 66394
Ümumi: 16380417
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın