/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Gənclər döyüş əhval-ruhiyyəsindədir

Şriftin ölçüsü:  11px13px15px17px

Şəhid övladı olan Mikayıl Həsənli Müdafiə Nazirliyinə müraciət edən yüzlərlə gəncdən biridir. Deyir, cəbhə bölgəsinə könüllü getmək istəyir. Ruh yüksəkliyi, döyüş əhvalının artması təkcə gənclərdə müşahidə olunmur. Elə yeniyetmələr də vətəni qorumağa hazırdılar. Bu gün bir qrup yeniyetmə və gənc hərbi biliklərə yiyələnmək və hərbi bacarıqlarını artırmaq məqsədilə quba şəhərinə yola düşüb. Daxili qoşunların «N» saylı hərbi hissəsində uşaqlara hərbi texnikalar və döyüş taktikaları ilə bağlı praktik kurslar keçiriləcək.
1-ci Qarabağ müharibəsinin iştirakçıları da cəbhədə baş verənlərə biganə deyirlər. Onlar da yenidən silahlanıb təmas xəttinə yollanmağa hazırdılar. 1988-ci ildən cəbhənin müxtəlif istiqamətlərində həkim kimi çalışmış İradə Abbas deyir ki, ehtiyac yaranarsa, yenidən 10 cavan həkimin işini görə bilər.
Şəhidlərimizin qanını yerdə qoymaq istəməyən hər bir azərbaycanlı yüksək döyüş-əhval ruhiyyəsindədir. Ali Baş Komandanın əmri olarsa, hər kəs silaha sarılıb torpaqlarımızı mənfur düşməndən azad etməyə tam hazırdır.

19:00 / 05.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 766
Bu ay: 98284
Ümumi: 16412307
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın