/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Erməni xakerlər informasiya saytlarina hücum edib

Şriftin ölçüsü:  11px13px15px17px

Son günlər orduda baş verən hadisələrə dair xəbərləri, eləcə də öldürülən erməni əsgərlərinin fotolarini yayan informasiya saytlari bədnam qonşularimizi özündən çixarib. Bir neçə xəbər portali və informasiya agentliyi erməni xakerlərin mütəmadi hücumuna məruz qalib. Hətta «haqqin.az» saytinda terror təşkilati olan “erməni gizli ordusu” «ASALA»-nin simvolu yerləşdirilib və ingilis dilində “əgər siz müharibəyə son qoymasaniz, müharibə sizin sonunuza çixacaq” şərhi qeyd edilib. Səhifədə «ASALA» tərəfindən sindirilib cümləsi də yer alib.
Düşmən xakerlər «azxeber.com» informasiya portalina və onun rəsmi facebook səhifəsinə də hücum ediblər. Erməni istifadəçilər saytin facebook səhifəsinə daxil olaraq azərbaycanlilari təhqir edən şəkil və videolar paylaşiblar.
Ermənilərin səngimək bilməyən virtual hücumlarini dəf etmək üçün Rabitə və Yüksək Texnologiyalar nazirliyi yaninda elektron təhlükəsizlik mərkəzi də mübarizə aparmaqda davam edir. Mərkəzin əməliyyat sektorunun müdiri Rəşad Əliyev saytlari erməni xakerlərdən qorumaq və yenidən bərpa edə bilmək üçün ehtiyat nüsxənin saxlanmasini məsləhət görür.
Azərbaycan internet forumunun prezidenti Osman Gündüz deyir ki, ermənilərin xaker hücumlari qarşidaki günlərdə də baş verə bilər. Buna görə də, Azərbaycan saytlari ehtiyati əldən verməməlidirlər.
Erməni xakerlərin hücumuna məruz qalan bütün saytlar hazirda fəaliyyətlərini davam etdirirlər.

19:00 / 05.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 115
Bu ay: 97633
Ümumi: 16411656
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın